Emma mərhum Firəngiz Rəhimbəyovadan yazdı: - “Uşaqlıqda onu efirdə gözləyirdim” - FOTO - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Emma mərhum Firəngiz Rəhimbəyovadan yazdı: - “Uşaqlıqda onu efirdə gözləyirdim” - FOTO

Mədəniyyət A- A A+

Əməkdar artist Elmira (Emma) Ələkbərzadə ötən gün dünyasını dəyişən aktrisa – müğənni Firəngiz Rəhimbəyova ilə bağlı paylaşım edib.

Ednews xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında mərhum aktrisanın vurğunu olduğunu yazıb.

“Firəngiz Rəhimbəyova mənim üçün səsi güclü olan müğənni idi. Uşaqlıq illərində televizor qarşısında əyləşib efirdə göstəriləcəyi vaxtı gözləyirdim. Üzücü xəbər... Allah rəhmət eləsin”, – deyə Emma paylaşımının şərh bölməsinə yazıb.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb.

Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova infarktdan dünyasını dəyişib. 
 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...