Türkiyənin ATV kanalında yayımlanan "Yalnız Kurt" serialına yeni aktyorlar daxil olub.
Ednews serialın sosial şəbəkə hesabına istinadən xəbər verir ki, yeni mövsümündə Yalçın Hafızoğlu və Cessika May ekran işində rol alacaqlar.
Serialda Hakan Bilgin, Hazım Kömürcü, Gökçe Özyol, Recep Çavdar, Cihan Kurtaran, Alper Saylık kimi yeni aktyorlar da oynayacaq.
Qeyd edək ki, Y.Hafızoğlu "Eşkiya dünyaya hükümdar olmaz" (EDHO) serialı ilə məşhurlaşıb. Cessika May isə sonuncu dəfə "Yeni gelin"də çəkilib.