Müğənni Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının peşə bayramı ilə əlaqədar paylaşım edib.
Ednews xəbər verir ki, DSX-nın kapitanı olan sənətçi "İnstagram" hesabında təbrik postu yayımlayıb.
“Əziz sərhədçilər, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. İşlərinizdə uğurlar, möhkəm cansağlığı diləyirəm. Vətən sərhəddən başlayır. Mən fəxr edirəm ki, sərhədçiyəm” – deyə E.Xəlilova bildirib.
Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.