Qürbətdə qalan SƏNƏTKARLARIMIZ Elə küsmüşdü ki, Azərbaycanda dəfn olunmağa da razı olmadı

Mədəniyyət 12:49 19.08.2022
Vokalist Firəngiz Rəhimbəyovanın yaşadığı Los-Ancelesdə dünyasını dəyişib, elə orada da dəfn olundu. Bu olay bizi kədərli bir faktla üzbəüz qoydu. 
 
Ednews bizim.media-ya istinadən xəbər verir ki, 90-cı illədə bir çox elm və mədəniyyət adamları bu və ya digər səbəblərdən xarici ölkələrə üz tutdular.
 
Müxtəlif ölkələrdə yaşadılar, sənətləri ilə Azərbaycanda olduğu qədər ucalmadlar, bu bir başqa mövzudur. Mövzu xarici ölkələrdə dünyasını dəyişib, orda dəfn edilən sənətkarlardır. Çox uzağa getmədən, son illərə nəzər salaq.
 
Çox fərqli və geniş səs imkanları olan Cəfər Behbudovdan başlayaq. Firəngiz Rəhimbəyova ilə eyni nəsil sənətkarlar idiilər, duet də oxumuşdular. Eyni dövrdə də ölkədən uzaqlaşdılar. Böyük Rəşid Behbudovun bacısı oğlu, rejissor Ağaəli Məstanovla aktrisa Nəcibə Behbudovanın oğludur. Cütlüklər xəyanət ucbatından ayrılanda anası uşağı öz soyadına keçirib. 
 
Cəfər Behbudov Bakıda musiqi təhsili alıb, müxtəlif musiqi qruplarında fəaliyyət göstərib və məşhurlaşıb. Şöhrətin zirvəsində olanda Azərbaycanı tərk edib. Bəziləri onun gedişini dayısı Rəşid Behbudovun qısqanclığı ilə bağlayır. Əslində elə deyil, əksinə Rəşib Behbudovu qısqananlar Cəfər Behbudovu ölkədən didərgin saldılar. 
 
Layiq olduğu fəxri adla onun arasıında sədd yaradıb, gözlərinin önündə o adı layiq olmayanlara verəndə sənətkar qəlbi qırılmaya bilməzdi. 
 
Anası iki dəfə insult oldu, gözü yolda qaldı, Cəfər Behbudov Bakıya gəlmədi. 1999-cu ildə Nəcibə xanım dünyasını dyişəndən sonra gəldi və tez də qayıtdı. Heç kimlə görüşmədən, ünsiyyətdə olmadan. İncikliyinin səbəbi vətən deyildi, vətəndaş idi, amma Azərbaycandakı şöhrətini Ukraynada restoran-kafe səviyyəsində səhnələrə dəyişəcək qədər dərin idi. 2019-cu ildə xərçəngə tutulan Cəfər Behbudov Kievdə dünyasını dəyişir və öz vəsiyyəti ilə orda da dəfn olunur. 
 
Bu günkü nəslə Cəfər Behbudovun sənəti, ifası çatmadı, yarıda qırıldı. İtirdik. Eyni fikirləri Rirəngiz Rəhimbəyova barədə də demək olar.
 
“Bəxt üzüyü” filmi çəkilməsəydi o da yadda qalmayacaqdı. Əslində bir filmlə tanınması da sənətkarın xoşbəxtliyi deyil. Firəngiz Rəhimbəyova dövrürü çox kaloritli müğənnisi olub. Hər ikisi estradamızda Flora Kərimova ilə müqayisə olunan müğənni olub. 
 
Ağdam rayonunun Şişpapaqlı kəndində dünyaya gəlib. Anası Raisamı erkən yaşda itirib. Atası ikinci dəfə ailə həyatı qurur. Analığı Sona xanım AMEA-nın işçisi olub. Firəngizə övladı kimi baxıb, amma qisməti Bilgəhdə qocalar evi olub. 
 
Firəngiz Rəhimbəyova 80-ci illər Azərbaycan müasir estradasının yaradıcılarından biridir. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyib. Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram sevgiyə", "Bizim dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Gülə-gülə", "Bəri bax", "Oğlan" adlı mahnılar ifa edir. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə "Bəxt üzüyü" filmindəki Sevda rolu gətirir.
 
Birinci həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə ABŞ-ın Los-Anceles şəhərinə köçür. 1999-cu ildə amerikalı memar Raymond Antoni ilə ailə həyatı qurub. Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və kiçik bizneslə məşğul olur. Sonuncu dəfə 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gəlib, "Bəxt üzüyü 2" filmində çəkilib. 
 
2022-ci il avqustun 16-sı qəfil ürək tutmasından vəfat edib və yaşadığı ölkədə dəfn edilib. 
 
Fransada dəfn edilən dahi Toğrul Nərimanbəyov da bu siyahıya aiddir. Taleyi bir az əvvəlkilərdən fərqli, daha faciəli. Dünyaşöhrətli rəssam, Azərbaycanın Xalq rəssamı, prezident təqaüdçüsü. 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edəndən sonra qızı ilə sonrakı xanımınn əmlakı bölə bilməmələri sənətkarın nəşini ortada qoydu. Xanımı qalib gəldi onu Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn etdilər. 
 
Məzar yerinin ödənişi ilə bağlı ərazi bələdiyyəsi tez-tez problem yaradır...
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı