V "Animafilm" festivalı keçirilir - FOTOLAR - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

V "Animafilm" festivalı keçirilir - FOTOLAR

Mədəniyyət A- A A+
Bakıda V "Animafilm" festivalı keçirilir. 
Ednews xəbər verir ki, festivalın tərəfdaşları Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Assosiation”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Nizami Kino Mərkəzi, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və digər qurumlardır.
 
İqlim dəyişikliyinə həsr olunan builki festivalın devizi “Bir bilet – bir ağac” adlanır. Bilet satışından əldə olunacaq vəsait işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
 
Festivala 50 ölkədən 230 film daxil olub və komissiya tərəfindən müsabiqəyə 29 ölkədən 75 film qəbul edilib. İştirakçılar bir yerli və altı beynəlxalq kateqoriya üzrə mükafatlar uğrunda yarışacaqlar. Ölkəmizdən 16 film müsabiqədə iştirak edir. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq heyətə isə 6 peşəkar xarici münsif daxil edilib.
 
Festival çərçivəsində həmçinin "Hətta siçanlar da cənnətə aiddir", "Sənin adın" animasiya filmlərinin nümayişi baş tutub.
 
"Tamaşaçı seçimi” müsabiqəsinin qalibi izləyicilərin səsverməsinin nəticələri əsasında müəyyənləşəcək. Bütün seçilmiş filmlərə beynəlxalq münsiflər heyəti baxacaq və qaliblər 11 sentyabr, festivalın bağlanış mərasimində elan olunacaq.
 
Qeyd edək ki, festival çərçivəsində Nizami Kino Mərkəzində beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Conathan Laskarnın (İsveçrə) ustad dərsi təşkil olunur. Bundan əlavə, proqramda Nitya Ramloqan (ABŞ), Tilli  Uolles (İngiltərə) və Nəzrin Ağamalıyeva (Azərbaycan) iştirakı ilə “Stop motion” və
“Şüşə üzərində animasiya” vorkşopları keçirilib. 
 
Festivalın ən dəyərli mükafatı Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalına səyahətdir. 
1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...