Xəbər verdiyimiz kimi, Tehranda 22 yaşlı Məhsa Əmini polislər tərəfindən öldürülüb.
Bu dəhşətli hadisəyə bir çox məşhurlar kimi, Türkiyənin pop ulduzu Hadisə də səssiz qalmadı.
Ednews xəbər verir ki,bununla bağlı müğənni sosial şəbəkə hesabında sərt reaksiyasını bildirərək paylaşım edib.
“Məhsa Əmini, 22 yaşlı gənc qız. İranda əxlaq polisi tərəfindən saçları göründüyü üçün onu çox döydülər və müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Çox məyusam”, - deyə o yazıb.