11 il musiqi sevənləri ekranlara kilidləyən məşhur “O Ses Türkiye” müsabiqəsi ilə bağlı qərar qəbul edilib.
Ednews "bizim.media"ya istinadən xəbər verir ki, “TV8” kanalında yayımlanan şounun yayımı dayandırılıb. Bu məlumatı isə “Instagram”da “Pop bizde” səhifəsi verib.
Qeyd edək ki, dünyaca məşhur “The Voice” yarışmasının Türkiyə versiyasında jüri heyətində Murat Boz, Hadisə, Beyazit Öztürk, Sibel Can, Yıldız Tilbe, Hülya Avşar, Seda Sayan, Ebru Gündeş, Mustafa Sandal, Athena Gökhan, Athena Hakan, MFÖ qrupu kimi ulduzlar yer alıb.