“Xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin heykəlinin yaxın iki həftə ərzində quraşdırılması gözlənilir”.
Ednews xəbər verir ki, bu barədə Apa.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu müddət ərzində heykəl və onun ətrafında olan bütün lazımi işlər də tamamlanacaq.
Xatırladaq ki, bir müddət əvvəl Tofiq Quliyevin heykəlinin postamenti “Bakı” Mehmanxanasının yerində salınmış parka gətirilib və quraşdırılıb. Abidənin müəllifi heykəltaraş Tural Rzaquliyevdir.
Nazirlik, həmçinin Aşıq Ələsgərin abidə müsabiqəsi ilə bağlı da məsələyə aydınlıq gətirib.
“Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin nəticəsi üçün münsiflər heyətinin yekun qərarı gözlənilir. Yekun qərar verildikdən bununla bağlı məlumat mətbuatda dərc olunacaq və qalibin kim olduğu açıqlanacaq”, – deyə qeyd olunub.