“Avroviziya-2023” beynəlxaq mahnı müsabiqəsi Böyük Britaniyanın Qlazqo və ya Liverpul şəhərində keçiriləcək.
Ednews xəbər verir ki, təşkilatçılığa namizəd şəhərlərin qısa siyahısı yeddidən ikiyə endirilib.
Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərləri isə siyahıdan çıxarılıb.
Yarışmanın iki şəhərdən birində keçirilməsi ilə bağlı yekun qərarın bir neçə həftə ərzində veriləcəyi qeyd edilir.