Xaricdən gətirilən kartofda təhlükəli BAKTERİYALAR aşkarlandı - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Xaricdən gətirilən kartofda təhlükəli BAKTERİYALAR aşkarlandı

Mədəniyyət A- A A+

Azərbaycana gətirilən ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkarlanıb.

Ednews xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatında bildirilib.

Bildirilib ki, "Əkinçi -10 2021" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən "LIMA" şirkətindən və Rusiya Federasiyasında fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən ölkəmizə idxal olunan 45 ton ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (fitopatogen bakteriyalar: Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub.
Aşkar edilmiş faktla bağlı məhsulun məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...