"Bu iki il ərzində ümumilikdə 74 film çəkilib ki, onun 30-dan çoxu tammetrajlıdır".
Ednews xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv şöbənin sektor müdiri Rüfət Həsənov "Şuşa söhbətləri" layihəsindəki çıxışı zamanı deyib.
Rüfət Həsənov "Qarabağ" futbol klubu haqqında olan sənədli filmin çəkilişlərinin davam etdiyini və il sonuna doğru təqdim olunacağını qeyd edib.
Sektor müdiri həmçinin Türkiyə ilə davam etdirilən layihədən söz açıb:
"Şərti adı "Qarabağ - Vətən Müharibəsi" çoxseriyalı filmin çəkilişləri davam edir. Filmin əsas yaradıcı heyəti Azərbaycan Kinematoqrafçılarıdır və çəkilişləri Şuşada, Füzulidə və Hadrutda həyata keçiriləcək. Filmi Türkiyənin "Bozdağ yapım" şirkəti çəkir".