Türklərlə bağlı ilk abidənin təqdimatı keçiriləcək - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

Türklərlə bağlı ilk abidənin təqdimatı keçiriləcək

Mədəniyyət A- A A+
4 oktyabrda Bakı Dövlət Universitetinin Yeni tədris binasının akt zalında Beynəlxalq Türk Akademiyasının Monqolustanda həyata keçirdiyi arxeoloji tədqiqatlar nəticəsində aşkar olunan İkinci Göytürk Xaqanlığının qurucusu İltəriş Kutluq Xaqana aid olduğu düşünülən abidə kompleksi və daş kitabənin təqdimatı və fotosərgisi təşkil olunacaq.
 
Bu barədə Ednews-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
 
Tədbir AMEA, AR Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
 
Daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır. Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra öz arxeoloqlarımız - Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır.
 
Abidənin kəşfi Türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir.
 
Təqdimat arxeoloji tədqiqat heyətindən Napil Bazylkhan və Enkhtur Altangerel tərəfindən ediləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...