Rusiyada aktyor və model kimi fəaliyyət göstərən azərbaycanlı Anar Xəlilov Fransaya köçüb.
Ednews xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Anar özünə yeni komanda axtardığını bildirib.
"Salam! Parisə köçdüm. Əgər siz kinorejissor, fotoqraf, brend menecer, dizayner, stilist və ya mənimlə işləmək istəyən hər kəssinizsə, zəhmət olmasa "Instagram" hesabıma mesaj göndərin", - deyə A.Xəlilov söyləyib.
Qeyd edək ki, Anar Xəlilov “Şukin Teatr İnstitutu”nun məzunu, Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın tələbəsidir. O, azərbaycanlı rejissor İlqar Safatın “İçəri şəhər” filmində rol alıb.