Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Bu gün ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

Mədəniyyət A- A A+

İsveç Akademiyası cümə axşamı 2022-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını elan edəcək.

Ednews xəbər verir ki, 2018-ci ilin noyabrında Akademiya Nobel Fondu ilə birlikdə 2019-cu il fevralın 1-dən fəaliyyətə başlayan yeni Ədəbiyyat üzrə Nobel Komitəsinin yaradılması barədə qərar qəbul edib.

Alfred Nobelin (1833-1896) vəsiyyətinə görə, bu sahədə mükafat “idealist yönlü ən yaxşı ədəbi əsər”in müəllifinə verilməlidir.

1 iyun 2019-cu il tarixindən akademiyanın yeni daimi katibi - Göteborq Universitetinin ədəbiyyat professoru Mats Malmdır. Məhz o, (Bakı vaxtı ilə) saat 15:00-da yeni Nobel mükafatçısının adını açıqlayacaq və Nobel Komitəsinin sədri Anders Ulsson bu yazıçı və ya şair haqqında danışacaq.

Ötən il Zənzibardan (müasir Tanzaniyanın bir hissəsi) olan yazıçı Abdulrəzak Qurna ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Qərarda bildirilir ki, mükafat “müstəmləkəçiliyin nəticələri, mədəniyyətlərin və qitələrin girdabına düşmüş qaçqınların taleyinə dair barışmaz və mərhəmətli anlayışına görə” verilib.

İsveç mediasında 2022-ci ilin favoritləri arasında norveçli nasir və dramaturq, povest ustası, ölkənin ən məşhur yazıçılarından biri Daq Sulstad da var. Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdinin, fransız nasir Mişel Uelbekin, eləcə də onun həmyerlisi Anni Ernonun, nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin və rusiyalı Lüdmila Ulitskayanın da adları mükafat alacağı güman edilənlər arasındadır.

Potensial qaliblər arasında suriyalı şair Adonis və yapon yazıçısı Haruki Murakami, həmçinin Somali yazıçısı Nuruddin Farah var.

Nobel mükafatı 1901-ci ildən bu günədək 609 dəfə verilib. 943 nəfər və 45 təşkilat laureat olub, onlardan 118 yazıçı və şair ədəbiyyat sahəsi üzrə mükafatlandırılıb.

Mükafat dekabrın 10-da, Alfred Nobelin vəfat etdiyi gün təqdim olunacaq. Pandemiya ilə əlaqədar iki illik fasilədən sonra mərasim yenidən Stokholm Filarmoniyasında keçiriləcək.

Nobel mükafatının hər nominasiya üzrə pul məbləği keçmişdə olduğu kimi, bu il də 10 milyon kron (916 min ABŞ dolları) təşkil edəcək.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...