Dindarların qəzəbinə gələn, heç bir səbəb olmadan güllələnən azərbaycanlı aktyor Maraqlı faktlar

Mədəniyyət 11:01 16.11.2022

Bu gün aktyor Abbas Mirzə Şərifzadənin anım günüdür.

Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Abbas Mirzə Rəsul oğlu Şərifzadə 1883-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailədə anadan olub. Atası Mirzə Rəsul geniş dünyagörüşə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid”məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verdi. Ailə Bakıya köçmək məcburiyyətində qaldı. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olub.

Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olub. O zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rollar həvalə edib. İlk dəfə əmisi ona “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu tapşırıb. Özü isə Şümür rolunda çıxış edib. Tamaşanın ən qızğın çağında Şümür əlində qılınc əsir qızcığazın üstünə yeriyir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxıb. İlk rolda “ayağı daşa dəyən” balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlib.

***

Abbas Mirzənin sənət yolundakı ikinci maneə atasının onun aktyorluq etməsinə etirazı olur. Mirzə Rəsul bu sənətin xalq arasında həqarətlə qarşılandığını bilirdi. O, ziyalı olsa da, hər halda dövrünün adamı idi. Ona görə də oğluna tez-tez camaatın aktyorluq sənətinə necə münasibət bəslədiyini xatırladır. Abbasa ya məmur, ya da tacir olmağı tövsiyə edib.

***

İlk addımdan belə maneələrə rast gəlməsinə baxmayaraq, Abbas Mirzənin sonrakı sənət yolu işıqlı olur. Belə ki, o, teatr və kino sahəsində coşqun fəaliyyət göstərərək əvvəlcə aktyorluq, sonra isə rejissorluq sənətinin zirvəsinə çatıb.

On yaşında ikən gimnaziyaya daxil olur. Tədbirlərin birində müəllimindən xahiş edib səhnəyə çıxaraq Lermontovun “Şairin ölümü” şeirini əzbərdən söyləyir. Sonralar özü həmin günü belə xatırlayırdı:

“Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişib. Bədənim gah qızır, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

***

1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırıb.

Aktyor 1921-ci ildə Hənifə Akçurina ilə ailə qurub. Bu evlilikdən onların iki oğlu olub. Abbas Mirzənin ikinci həyat yoldaşı isə aktrisa Mərziyyə Davudova olub. 1936-cı ildə onların hər ikisi Xalq artisti adına layiq görülüb. Cütlüyün Firəngiz adlı qızları doğulub.

***

A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulub. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirib.

***

C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir. Sonra Abbas Mirzəyə işıqlı yol və bu yolda zirvələr fəth etməyi arzulayıb.

Azərbaycan teatrı Moskvada çıxış edərkən görkəmli teatrşünaslar Abbas Mirzənin oyunundan heyranlıqlarını gizlədə bilməmişdilər. Hətta görkəmli rus teatrşünas-alimi Markov Abbas Mirzə haqqında məqalə yazır və onu məşhur aktyor Mixail Aleksandroviç Çexova bənzədib.

***

Abbas Mirzə ilk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib. O, “Bismillah” filmində dini fanatizmi tənqid edib. Filmdəki görüntülər isə realdır.

***

O, kinoda əvvəlcə özünü aktyor kimi də göstərib. 1924-cü ildə çəkilən “Bayquş” filmində xan rolunda çəkilib. Bu, onun kinoda ilk böyük çıxışı idi.

Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Ona qarşı əsassız ittihamlar irəli sürülür. Bu ittihamların birində yazılır: “Əldə edilmiş məlumatlara görə, Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, o, həbsə alınıb Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.

***

Adı artıq güllələnmiş repressiya qurbanları sırasında olan Ruhulla Axundov 1937-ci il iyulun 24-də verdiyi ifadədə guya demişdi ki, o, “Azdrama”nın müdiri Əli Kərimovu özünün xidmət etdiyi təşkilatın işinə qoşub. Əli Kərimov da öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzağa Əliyevi təşkilata cəlb edib. Əlbəttə ki, Ruhulla Axundov bu ifadələri böyük təzyiqlər, işgəncələr altında verib.

***

Yalanı ifşa edən digər fakt da odur ki, Abbas Mirzənin “cinayət işi”ndə Əli Kərimovun heç bir ifadəsi olmayıb. Ümumiyyətlə, Ruhulla Axundovun adlarını çəkdiyi insanların heç birinin ifadəsində Abbas Mirzə barədə kəlmə belə yoxdur.

1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olub.

***

Dekabrın 3-də həbs olunan Abbas Mirzənin dindirmələri 1938-ci ilin yanvarında da davam etdirilir. Müsavatın əks kəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunur. Uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edir. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınıb. Əmr isə noyabrın 16-da yerinə yetirilib.

Adının çəkilməsi uzun müddət hər yerdə qadağan olunub. Oynadığı bir çox rolların, çəkdiyi neçə-neçə filmin lentləri də qorunub saxlanılmır. Hətta adı filmlərin titrlərindən çıxarılıb.

***

1955-ci ilə qədər ailəsi onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edib.

SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunub. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildiriblər.

1956-cı ildə Abbas Mrzə Şərifzadə bəraət alır. 1957-ci ilin oktyabr ayında Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti - 720 manat son qəpiyinədək uşaqlarına qaytarılır.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
09:23 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Azərbaycan və Aİ Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə edib
18:08 15.04.2024
Hamısı