Üç dəfə infarkt keçirən, ölümü ilə bağlı dəhşətli iddialar yayılan Azərbaycan aktrisası Maraqlı faktlar

Mədəniyyət 13:01 17.11.2022

Bu gün Xalq artisti Gülşən Qurbanovanın anım günüdür. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Orta təhsilini 175 saylı məktəbdə rus dilində alıb. 15 yaşında kitabxanaçılıq texnikumunu bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə başlayıb. 1974-cü ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini başa vurub Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından olub.

Aktrisa teatrda işlədiyi illərdə "Mənim nəğməkar bibim", "Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq", "Zəncirlənmiş Prometey", "Pul dəlisi", "Bala bəla sözündəndir" kimi tamaşalarda kaloritli obrazlar yaradıb. Onun filmoqrafiyasında isə 20-dən artıq film yer alıb.

***

Gülşən Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı olub. Atasının faciəvi ölümü isə onun gözlərinin qarşısında baş verib. Ağadadaş Qurbanov Salyana qastrola gedəndə 15 yaşlı Gülşəni də özü ilə bərabər aparıb.

Mehmanxanaların birində Gülşənlə atasının dayandığı eyvan uçur. Ağadadaş Qurbanov vəfat edir, Gülşənin isə qolu sınır. Onu xəstəxanaya aparırlar və atasının ölümünü bir müddət ondan gizlədiblər.

Məşhur aktyor Hamlet Qurbanov aktrisanın ata bir ana ayrı qardaşı olub. Atasının ölümünə qədər onlar heç zaman görüşməyiblər. Yalnız atasının dəfn mərasimində bacı-qardaş tanış olub, mehribanlaşıblar. Lakin sonralar Hamlet Qurbanovanın anası aktrisa Gülxar Həsənovanın Gülşən Qurbanovanın anası haqqında dediyi xoşagəlməz sözlər yenidən onların arasında soyuqluq yaradıb.

***

Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər də uzun sürmür. Ayrılıqdan sonra aktrisa daha bir həmkarı ilə - Mübariz Əlixanoğlu ilə ailə qurur. Lakin onun ikinci evliliyi də uğurlu alınmır. Buna səbəb isə Mübarizin alkoqola meylli adam olduğu bildirilir. M. Əlixanoğlu bir neçə filmdə, o cümlədən “Yol əhvalatı”nda inspektor rolunda çəkilib.

2006-cı ildə teatrdan ayrılan Gülşən Qurbanova telekanallara dəvət alır və uzun müddət AzTV-nin “Gəlin, birlikdə gülək” adlı layihəsinin ulduzuna çevrilib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar.

***

AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi tamaşaçılar tərəfindən sevilən aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə edir. Amma Gülşən xanım bu telekanaldan incik ayrılıb.

***

Çox adam bilmir ki, Gülşən Qurbanova 3 dəfə infarkt keçirib. Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən növbəti dəfə infarkt keçirərək 56 yaşında vəfat edib. Ailə üzvləri onu Fəxri Xiyabanda dəfn etməyə çalışsalar da buna heç cür nail ola bilmirlər.

Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.

***

Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

İndiyə kimi aktrisanın müəmmalı ölümüylə bağlı istər cəmiyyətdə, istərsə də sənət adamları arasında müxtəlif suallar dolaşıb. Amma aktrisaya çox yaxın olan adamlar onun ölümünün hansı səbəbdən baş verdiyini dəqiq bilirlər. Həmkarlarının dediyinə görə, aktrisanın adı ömrünün son illərində bir sıra naməlum məslələrdə hallanıb. Adlarının çəkilməsinin istəməyən həmkarlarının dediyinə görə bir gün o, efirdə olanda aktrisaya xəbər çatır ki, polislər onu axtarırlar. Hətta polis bölməsində onu gözlədiklərini deyiblər. Guya, qorxuya düşən aktrisa bir müddət məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya sığınıb. Günlərin birində çəkilişdən yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayıb. Amma sən demə, aktrisanın öldüyündən xəbər tutan yaxınları onu tez evə gətirirlər ki, cəmiyyət bundan xəbərdar olmasın.

Aktrisa dünyasını dəyişəndə yenicə doğulmuş nəvəsi Maqsudun qırxı çıxmamışdı. Amma təəssüf ki, onu cəmi 20 gün görə bildi.

***

Lakin, bu söz-söhbətlərdən sonra aktrisanın qızı Kəmalə bir neçə sayta açıqlama verərək bildirib ki, Gülşən Qurbanovanın ölümü ilə bağlı yayılan bu fikirlər heç bir halda həiqəti əks etdirmir.

Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirmiş, 56 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub
20:40 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Hamısı