Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anım günüdür. Ednews böyük sənətkar haqqında maraqlı faktları təqdim edir.
Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir.
O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub.
Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.
Üzeyir bəy milliyyətcə tatar Məleykə Terequlova ilə ailə qurub, lakin övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib. Amma Üzeyir bəy bunu qəbul etməyib.
Ü.Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq olub. Onlar həm də eyni ildə, eyni gündə anadan olublar.
Repressiya dövründə Üzeyir Hacıbəyli adı güllələnəcək adamlar siyahısına salınıb, lakin sonradan çıxarılıb.
Üzeyir bəyin ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.
Bəstəkar milli musiqi müsabiqəsində münsif olanda ermənilər yuxarı dairələrə məktub yazaraq, Üzeyir bəyin millətçilik etdiyini iddia edirlər. Bu hadisələr Üzeyir bəyə çox pis təsir edir və o, şəkər xəstəliyinə tutulur.
Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.
SSRİ lideri Stalin “Koroğlu” operasına görə Üzeyir Hacıbəylini “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.
Oğuz Ayvaz