Nazirlikdən PKK-nı təbliğ edən filmin Bakıda yayımı ilə bağlı - AÇIQLAMA - FOTOLAR - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Nazirlikdən PKK-nı təbliğ edən filmin Bakıda yayımı ilə bağlı - AÇIQLAMA - FOTOLAR

Mədəniyyət A- A A+
Mövcud qanunvericiliyə əsasən ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur. 
 
Ednews  xəbər verir ki, bu barədə Mədəniyyət Naziriliyinin mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb. 
 
""Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.
 
Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. 
 
Bununla belə,  nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir", - deyə nazirlik rəsmisinin açıqlamasında bildirilir.

 

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...