Oğul həsrəti ilə yaşayan, Sevgi məktublarını xanımından gizlədən Azərbaycanın Xalq şairi Maraqlı faktlar

Mədəniyyət 13:00 01.12.2022

Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür.

Ednews mərhum şair haqqında maraqlı faktları təqdim edir.

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub.

Pedaqoji təhsil alıb. Müəllim kimi bir neçə yerdə işləyib. İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbi dərnəyə gedib-gəlirmiş. Və elə ilk ordan kəşf edilməyə başlanıb.

Qızı, tanınmış yazıçı-publisist İradə Tuncay deyir ki, ağır xasiyyəti varmış. Evdə ciddi nəzarət olurmuş: “Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə getməyə icazə vermirdilər. Ancaq dərs-ev, ev-dərs”.

***

Məmməd Arazın işləyə biləcəyi ayrıca iş otağı – yazı masası olmayıb. Bir neçə dəfə ev dəyişdiriblər. Buna baxmayaraq, hər dəfə yazmağa macal tapırdı.

Qardaşı APİ-də oxuyurdu. Məmməd Araz universitetə gedib-gələndə gələcək xanımını görür və xoşuna gəlib. Onları Kələntər Kələntərli tanış edib. İlk görüşlərində, bulvarda gəzəndə qadın onun şeirlərini əzbər deyib. Beləcə, bir-birilərini sevib və ailə həyatı qurublar.

***

İki qızı vardı – onların arasında dünyaya gələn üç uşağı isə vəfat edib. Oğlunun olmağını istəyirdi həmişə. Hətta şeirində də buna vurğu edib: “Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda”.

Oxucular ona saysız-hesabsız məktublar göndərirdi. O məktubların içində sevgi məktubları da vardı. Lakin Məmməd Araz xanımı onu görməsin deyə gizlədirdi:

Xanımı o günləri belə xatırlayır: “Bildim ki, ona sevgi dolu məktublar da yazılırdı. Ancaq Məmməd məndən onları gizlədirdi. Demişdi ki, sənin ürəyində xal düşməsin deyə, həmin sevgi məktublarını əlyazmalara verdim.

“Ədəbiyyat qəzeti”nin baş redaktor müavin idi. Nəriman Nərimanovun 100 illiyinə görə qəzetin həmin nömrəsini ona həsr etmişdilər. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. Bu, ciddi narazılıq yaratmışdı, deyirdilər, xalq düşməninə niyə qəzetdə geniş yer verilib. Yazıçılar İttifaqında müzakirələr olub. Məmməd Araz həmin vaxt ezamiyyətdəydi. İclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdur, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Hətta partiyadan çıxarılma söhbəti də olub. Ancaq bu, elə söhbət olaraq qalıb.

Məmməd Araz bundan sonra iki il işsiz qalıb. Və ailə yalnız Ədəbiyyat Fondundan gələn cüzi gəlirlə dolanıb.

***

Yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə etdiyi vaxt ilk dəfə əlləri titrəməyə başlayıb. Evdəkilər təşvişə düşüb, həkim yanına aparıblar, lakin diaqnoz qoymaq mümkün olmayıb. Moskvaya gedir. Orada diaqnoz qoyulur ki, bu xəstəlik parkinsondu (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması).

Ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Deyilənə görə, xəstə vaxtları, yerişi çətinləşəndədə işə gedib-gəlirdi.

***

Jurnalın bağlanması məsələsi ortalığa çıxanda Məmməd Araz yuxarılara məktublar yazıb. Məktubların birində yazıbmış ki, bu jurnal “Molla Nəsrəddin” jurnalı qədər lazımlı nəşrdir. Onu bağlanmağa qoymayın! O, coğrafiyə fakültəsini qurtardığı üçün təbiəti bilir və çox sevirdi. Bu, onun şeirlərində də hiss olunub.

***

Danışığını, hərəkətini, yerişini itirmişdi. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi halda “Özüm gəzirəm” deyirdi. Son vaxtlar deyirmiş, istəyirəm yatım-qalım yazılarımın içində...

2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Oğuz Ayvaz 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı