Oxuyub-yaza bilməyən, qızlarını ölümlə hədələyən Azərbaycanın Xalq artisti Maraqlı faktlar

Mədəniyyət 15:01 09.12.2022

Bu gün Xalq artisti Lütfəli Abdullayevin anım günüdür. Ednews mərhum aktyorun həyatı haqqında maraqlı faktları təqdim edir.

Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb. Yaxşı səsi olsa da oxumağı sevməyib.

Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.

***

Böyük məhəbbəti Sevda xanımla yeməkxanada tanış olublar. Bir müddət sonra aktyor sevdiyi qadını “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəy oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdir, nəsli-nəcabəti kimdir? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...”

Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də razılıq əldə olunmur. Sevda ilə Lütfəli düz 5 il gizli görüşürlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayır. Turqut adlı oğlu da olur. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevdanın qarşısını kəsib ona yenidən evlənmək təklif edir. Bu izdivacdan aktyorun Xurşid və Gülarə adlı iki qızı doğulur.

***

Şəmsi Bədəlbəyli ilə çox yaxın dost, həm də qonşu olublar. Hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxıb deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”. Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.

Evində ailə üzvlərindən başqa on nəfər qeydiyyatda olub. Ailəsi bunu onun ölümündən sonra bilib. Rayondan gəlib Bakıda qeydiyyatına düşmək istəyən heç bir tanışına etiraz etməyib.

***

Bir gecə isə tamaşadan qayıdanda “Molokan bağı”ndan keçirmiş. Skamyaların birində on beş yaşında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusyadır, özü də Şamaxı molokanlarındandır. Lütfəli "Gecənin bu vaxtı nə edirsən?" sualının cavabını alar-almaz qızcığazı evə gətirir. Hər tərəfi bit-birə içində olan bu qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.

Həyat yoldaşını çox sevib, onu heç vaxt mağazaya getməyə qoymayıb. Xanımı bircə dəfə mağazadan çörək aldığına görə Lütfəli bərk əsəbiləşib, onu düz bir həftə danışdırmayıb. Barışandan sonra isə deyib: “Sən məni biabır elədin. Səni görənlər deyəcəklər ki, Lütfəlinin arvadını əlində torba gördük”.

***

Olduqca qısqanc kişi olub. Qızlarının aktrisa olmasına heç vaxt razılıq verməyib. Hətta ciddi şəkildə bildirib ki, “mən öləndən sonra aktrisa olsanız, qəbirdən çıxıb sizi öldürərəm”.

***

Dünyasını dəyişən gün şam yeməyindən sonra bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, “ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?!” Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Ona deyir ki, “Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım...” Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, - deyə cavab verir. Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Lakin sonradan məlum olur ki, beyninə qan sızıb.

Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da həyat yoldaşının, sevdiyi qadının ad günündə vəfat edir.

Oğuz Ayvaz 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
Hamısı