Rusiyada məşhur aktirsa Ancelina Colinin bənzəri gündəmə gəlib.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, söhbət Rusiyada yaşayan Regina Kova adlı model və musiqiçidən gedir.
"Rishi Kova" - qız özünü belə adlandırır. Bu, Colinin sosial şəbəkələrdəki fan səhifəsində onun şəkillərinin dərcindən sonra məlum olub. Onun pərəstişkarları oxşarlığa təəccübləniblər.
Rus qadınını zahirən Bred Pittin keçmiş həyat yoldaşından fərqləndirmək olmur. Ekspressiv yanaq sümükləri, pişiyə bənzəyən görünüş, zərif bədən və təbii ki, onun ən görkəmli hissəsi - dolğun dodaqlar.
Üstəlik, Regina cərrahların köməyinə müraciət etmədiyini iddia edir.
Oğuz Ayvaz