“Yeni kitabımı tamamlamışam. Yaxın günlərdə işıq üzü görəcək”.
Bu sözləri Ednews-a Xalq yazıçısı Anar bildirib. O, qeyd edib ki, uzun zaman üzərində işlədiyim “Altmışıncılar” və son 60 ilin ədəbi həyatı" kitabını bitirmişəm.
“60 il bundan qabaq "Azərbaycan" jurnalının 1960, dekabr nömrəsində iki hekayəm dərc olundu: "Keçən ilin son gecəsi" və "Bayram həsrətində". Bu mənim ilk mətbu yazılarım idi. Beləliklə, 2020-ci ilin dekabrında ədəbi aləmə gəlməyimin 60 ili tamam oldu. Bu müddətin yarıdan çoxunu - bu günə qədər 36 ilini - yazıçılar təşkilatının rəhbəri vəzifəsində çalışmışam. Oxuculara təqdim etdiyim bu kitabda Yazıçılar təşkilatının son 60 ildə fəaliyyətinin bəzi cəhətlərini, "altmışıncılar" nəslinin xüsusiyyətlərini, ədəbi mühitin özəlliklərini, dartışmaları, atışmaları, mübahisələri, mübarizələri və bir sıra başqa mətləbləri işıqlandırmağa çalışmışam”.
Xatırladaq ki, yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin sədridir.
Oğuz Ayvaz