Kitabları yandırılan, universitetdən qovulan Azərbaycanın Xalq yazıçısı Maraqlı faktlar

Mədəniyyət 13:01 29.12.2022

Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür. Ednews mərhum yazıçı haqqında maraqlı faktları təqdim edir.

Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib.

1937-ci ildə əski əlifba ilə yazılan kitablar yandırılmağa başlayıb. Bu zaman Əzizə evlərində bu əlifba ilə olan kitabları kisəyə yığaraq çay kənarında basdırıb.

Daha sonra pilot olmaq istəyən Əzizə aviasiya klubuna yazılıb. Lakin boyu qısa olduğu üçün onu pilot kimi qəbul etməyiblər. Burada gələcək həyat yoldaşı ilə tanış olub. 1941-ci ildə ailə quran cütlüyün bir qızı dünyaya gəlib.

***

Deyilənlərə görə yazıçı qucağında uşaq küçədə gedərkən uşaq əlindən yerə düşür və başından zərbə alaraq ölüb. Bundan sonra o, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdüb. Turanın onun övladı olmasını rəsmiləşdirir, Kəmaləni yox.

1945-ci ildə tələbə olan Əzizə Cəfərzadənin əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitaba görə universitetdən xaric ediblər. Sonralar ekstern yolla Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 26 yaşında teatr texnikumuna müdir təyin olunub.

***

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılıb.

***

Yazıçının həyat yoldaşı Qana prezidentdi Kvama Nkrumanın baş pilotu təyin olunanda Əzizə Cəfərzadə də Afrikaya yollanıb. Afrikada yaşadığı vaxt “Qızıl səyahət” adlı kitabını yazıb.

Ona bir yazıçı kimi şöhrət gətirən isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı olub.

***

Günlərin birində Əzizə Cəfərzadə həmkarları ilə Culfaya gedir. Araz çayının o biri sahilini görən kimi o, bayatı deyib. Onun ifasından sonra şair Tofiq Bayram kövrələrək ağlayıb.

Bir dəfə isə dərs zaman Əzizə Cəfərzadə Çar İmperiyasının Azərbaycanı necə işğal etməsindən danışıb. Onun sovetlərə uyğun olmayan dərslərini qeydə almaq üçün partanın altına səsyazan cihaz qoyublar. Tələbələr isə elə edirlər ki, səsyazan işləməyib.

***

1981–1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir.

Hacıqabulun Tağılı kəndində məktəb tikdirib. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyib. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satıb, əldə etdiyi gəliri tikintiyə xərcləyib.

***

O, XV əsrdə Uzun Həsənin tərcümə etdirdiyi Quranı tapmaq üçün 20 il Misir, Türkiyə, İran, Orta Asiya kitabxanalarında axtarışlar aparıb. Məşhəddə olanda həmin Quranı tapıb.

Yazı makinasına “sevgilim” deyərdi. Gün ərzində yazı makinasında 25 səhifə, 4 nüsxədə yazı yazırdı. Ömrünün axırlarında isə yazı makinası ilə yaza bilmir. Barmaqları tutmur. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edib. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürüb. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da bu diktofona diktə edib.

***

Ömrünün son illərində ürək çatışmazlığı olub, amma ailə üzvlərindən gizlədib. Sonralar bədəninə su yığılıb və 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib.

Onun ölümündən sonra otağındakı saatı dayandırıblar. Vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində dəfn olunub.

Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir.

Oğuz Ayvaz 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı