Xalq artisinin ölüm yatağında son sözü nə olmuşdu? Maraqlı faktlar

Mədəniyyət 17:01 05.01.2023

Ednews mərhum aktyor Gündüz Abbasov haqqında maraqlı faktları təqdim edir:

Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib.

Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı olub.

Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb.

Çox imkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb.

***

Sonralar özündən doqquz yaş balaca olan gələcəyin aktrisası Ofeliya Məmmədzadə ilə tanış olur. Xanımın yaşı nikaha düşmədiyi üçün onun yaşını üç yaş böyük yazdırırlar. Bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından ailə dağılır. Bir müddət sonra Ofeliya xanım da aktrisa kimi fəaliyyətə başlayır. Qızı Dildar xanımın sözlərinə görə atası bundan acığa düşür və prokuror işləyən qardaşının köməyi ilə oğlunu da keçmiş xanımından geri alır.

Sonralar uşaqlarını keçmiş həyat yoldaşının tamaşalarına aparsa da, onunla görüşməyi hər iki tərəfə qadağan edir. Ofeliya xanım uşaqlarını görmək üçün ondan xəlvət bağçaya gəlirmiş. Uşaqlar yalnız böyüyəndən sonra hansı isə məclisdə təsadüfən analarını yaxından görə bilirlər.

***

Dildar xanım müsahibələrinin birində atasının dövrün məşhur aktrisalarından biri ilə münasibəti olduğunu qeyd edir: "Atamın o dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidən anam bunu qəbul etməyib atamdan ayrıldı. Atam həmin aktrisa ilə anamla ailəli ola-ola tanış olub, görüşüb. Onlar ayrılandan sonra belə atamın onunla münasibəti uzun illər davam edib. Hətta yadıma gəlir ki, biz də hərdən atamla o qadının evinə gedirdik. O, bizi çimizdirir, bizim üçün xörək hazırlayırdı".

***

Aktyor 1969-cu ildə ikinci dəfə ailə qurur. Bu evlilikdən isə onun bir oğlu, bir qızı olur. Ancaq 10 ildən sonra ikinci evlilik də ayrılıqla nəticələnir. Aktyor bir də heç vaxt evlənmir. Ömrünün son günlərinə qədər tək yaşayır.

Universitetdə oxuduğu zaman bir qızla tanış olur. Bir-birlərini çox sevirlər. Gündüzdən bir kurs yuxarı oxuyan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalır. Lakin, qızın valideynləri ayrıldığı üçün anası sevdiyi qızı ona almır. Onlar ayrılmalı olurlar. Sonralar öz taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: "Məni sən bədbəxt elədin".

Sonralar başqa adamla ailə quran qadın öz oğlununa Gündüzün ən məşhur obrazlarından birinin adını verir - Elşən. Amma sonralar Elşən cavan yaşda dünyasını dəyişir.

***

O qadınla Gündüz uzun illərdən sonra ahıl yaşlarında cəmi bircə dəfə görüşürlər. Təsadüfən Gündüzün ata evinin yaxınlığından keçən qadın evin qapısını döyür. Kiminlə rastlaşacağını ağlına belə gətirməyən aktyor yazı masasından qalxıb qapını açanda ilk məhəbbəti ilə qarşılaşır.

***

Sağlamlığı barədə heç vaxt şikayəti olmasa da ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, aktyor serrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: "Peşman olmuşam".

Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun sonuncu filmi "Yuxu" olub. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçılar tərəfindən hər zaman xatırlanır.

Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat etmişdir.

Oğuz Ayvaz 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Hamısı