Ukraynalı aktyor Dmitri Linartoviç Ukraynanın Donetsk vilayətində yerləşən Soledar şəhərində ağır yaralanıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, Linartoviç sosial şəbəkələrdə evakuasiya maşınında lentə aldığı videonu yayıb. O, başında sarğı ilə kamera qarşısına keçərək bildirib: “Salam, dostlar, mən ukraynalı aktyor Dmitri Linartoviçəm. Hava hücumu qoşunlarının əsgəri. Unutmayın ki, biz Allahın bizə verdiyi yer üzündəyik, heç vaxt qırılmayacağıq, qalib gələcəyik”.
Qeyd edək ki, daha əvvəl Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin bildirmişdi ki, Soledarın bütün ərazisi nəzarətə götürüb, lakin şəhərin mərkəzində döyüşlər davam edir.
Oğuz Ayvaz