Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2022-ci “Şuşa ili” üçün hesabatı və fəal üzvlərin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2022-ci “Şuşa ili” üçün hesabatı və fəal üzvlərin mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

Mədəniyyət A- A A+
11 yanvar Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2022-ci “Şuşa ili”  üçün hesabatı və fəal  üzvlərin mükafatlandırma mərasimi keçirilib. 

Mərasimdə  AMKA-nın 2022-ci “Şuşa ili” görülən işlərin yekun hesabatı verildi. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti  və Dünya İslam Kulinariya Birliyinin Prezidenti Tahir Əmiraslanov çıxış etdi.O,  il boyu görülən işlərdən və 2023-cü ilin planlarından danışıb.

Tədbirdə diplomlar verilib:

“Milli Mədəniyyəti” nə verdiyi dəstəyə görə

Nigar Əmirbəyova (bloqer)

Elnarə Heybətova  (“Qarabağ mətbəxinin inciləri” kitabın dizayneri)

Sinuzər Suleymanova (aşbaz)

 

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” qrant layıhəsi çərçivəsində Qarabağ mətbəxi üzrə usta siniflər keçdiyinə görə:

Elnura Hüseynova (konditer)

Əzizağa Nəbiyev (konditer)

Aysel Sultanova (konditer) 

Röyal Baxışov (aşbaz)

Xanım Əliyeva (usta aşbaz)

Amid Mirzəyev (aşbaz)

 

“Şuşa ili” qrant layihə ilində fəal iştirakına görə:

Oruc Əliyev (usta aşbaz, idarə heyətinin üzvü)

Firdovsi İsmayılov (usta aşbaz, idarə heyətinin üzvü)

Rəhman Ələkbərov (usta konditer)

Elçin Məmmədov (usta aşbaz) 

Yeganə İsmayılzadə 

İlkin Əkbərzadə (Azərbaycan Aşbazlar Gildiyanın sədri)

Eynur Nagdəliyev (Azərbaycan Aşbazlar Gildiyanın üzvü)

Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2022-ci “Şuşa ili”  üçün hesabatı :

2022-ci ildə AMKA tərəfindən “Dolma bütün şübhələrə son” kitabı 4 dildə (özbək, türk, rus, ingilis ) çap edilib.

 Xörəyin mənsubiyyəti kitabda tam yeni metodika ilə verilib və 9 elmi istiqamətdən “dolmanın” kimə məxsus olması kompleks şəkildə isbatlanıb. Kitabda daha çox erməni alim və mütəxəssislərinə istinad edilir.Milli mətbəximizin pasportlaşdırılması zamanı bu istiqamətlərin - hər xörək üçün mikrobioloji, qida fizikası, kimyəvi və fizioloji istiqamətlərin də əlavə edilməsi vacib hesab edilir.

Kitabın təqdimatı Bakıda, Lənkəranda, Türkiyədə və Livanda keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində “Qarabağ mətbəxinin inciləri” kitabı qrant layihəsinin qalibi oldu və bu layihə çərçivəsində kitab çap edilib.

“Qarabağ mətbəxinin inciləri” kitabın usta siniflərlə və mətbəxin nümayişi ilə birlikdə təqdimatı Şuşada, Gəncədə (Azərbaycan Texnoloqiya Universitetində), Bakıda (5 saylı peşə məktəbində,”Xanədan” Etnorestoranında),Türkiyədə (Mardin, İstanbul, Çanaqqala şəhərlərində) keçirilib .

“Yaban Bulvar” restoranında Lənkəran mətbəxi aylığı və Lənkəran peşə məktəbinin şagirdlərinə Lənkəran mətbəxi üzrə usta siniflər  keçirilib .

05.05.2022-ci il tarixində Heydər Əliyev Fondu və Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Şuşa Kulinariya Festivalının açılışı oldu. Azərbaycan Milli Kulinariya Assosiyasiyasının fəxri üzvləri Ehtiram Fərzəlibəyov və Səltənət (Arzu) Həsənovanın stendi 3 ən yaxşı kulinariya stendindən biri olub. Vətən müharibəsinin ilk günündən səngərlərdə könüllü xidmət göstərən, Şuşa işğaldan azad olunandan  sonra da iki aya yaxın ən çətin vaxtlarda  əsgərlərimizə yemək bişirən, burada  Azərbaycan Milli Kulinariya Assosiasiyasının bayrağını asan Könüllü Qazi Aşbazları bir qrupu da İlk Şuşa Kulinariya Festivalında iştirak ediblər. Ən yaxşı üç stenddən birincisi də AMKA-nın Kollektiv üzvü” Qəbələ Xanlar” restoranının stendi oldu. AMKA-nın Prezidenti Tahir Əmiraslanovun müəllifi olduğu iki kitab - “İrəvan xanlığı bölgə mətbəxi” və “Dolmalar 381 çeşid” kitabları nümayiş etdirildi. Hər iki kitab dünyanın ən yaxşı Kulinariya Kitabı elan edilib və Nobel mükafatı ev-muzeyindədir.

Ümumilikdə  2022-ci ildə  Milli Kulinariya Assosiasiyası Şuşada 3 dəfə tədbir keçirib. 

 

29-31 iyul 2022-ci il tarixlərində AMKA-nın Prezidenti Tahir Əmiraslanov Gəncə şəhərinin milli mətbəxinin nadir nümunələrinin tanıdılması ilə məşğul olub. Hacıkənd ərazisində yerləşən Xan yaylağında keçirilən II Milli Yaylaq festivalında iştirak edib. 

17-21.03.2022-ci il tarixində Livan şəhərində keçirilən beynəlxalq kulinariya çempionatında Azərbaycan nümayəndə heyəti iştirak edib. Yarışdan I yer Azərbaycan komandası, 1 qızıl medal və kubok əldə edilib. Eyni zamanda Tahir Əmiraslanov səs vermə nəticəsində Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti seçilib.Livanda keçirilən Dünya Halal çempionatının kuboku Lənkəran şəhərinə verildi.

Dünya Aşbazlar Olimpiadasında 8 nəfərdən ibarət Azərbaycan Milli komandası iştirak edib. Yarışlarda komanda üzvləri ümumilikdə 15 medal (8 qızıl, 4 gümüş, 3 bürünc) qazanıb.

BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən “Worldchefs Congress and Expo” adlı konqressdə  Azərbaycan Milli Kulinariya Assosiasiyası uğurla iştirak edib.

 

2022-ci ildə Milli Kulinariya Assosiasiyası bu və bir çox digər tədbir və təşəbbüslərlə çıxış edib.

 

Günel Həsənova

 
1

1

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...