Yanvarın 14-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edib.
Ednews xəbər verir ki, konsertdən iki həftə öncə bütün biletlər satılıb. Müğənnini səhnədə musiqiçiləri və rəqs qrupu müşayiət edib.
Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan məmnunluq hissi keçirdiyini deyib.
"Bakıda hər konsertim mənə ayrıca bir həzz və zövq verir. Burda özümü evimdəki kimi hiss edirəm. Sizi romantik mahnılarla dolu bir gecə gözləyir".
İki saatdan çox davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Onların arasına -"Yalançı şahidim", "Senden sonra", "Bana sen lazımsın", "Ömrümün sahibi", “Beni aff edermisin”, "Seni seviyorum" kimi mahnılarını səsləndirib.
Konsertin sonunda Azərbaycan tamaşaçıları ilə sağollaşan müğənni yaxın bir zamanda yenidən Bakıda konsert verəcəyini söyləyib. Konsert 27 may tarixində baş tutacaq.
Qeyd edək ki, konsertin təşkilatçısı EMKI Production olub.
Günel Həsənova