Putinin mükafatını rədd edən gürcüstanlı DAHİ Vaxtanq Kikabidze haqqında Maraqlı faktlar

Mədəniyyət 12:38 16.01.2023

Xəbər verdiyimiz kimi, 15 yanvar tarixində Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze vəfat edib. Ednews mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub.

***

1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə "Dağlarda görüş" filmindən başlayır.

***

Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın "Mimino" filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.

Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.

***

2008-ci ilin avqust ayında Rusiya Gürcüstanı təyyarə və tanklarla bombalayanda Rusiya prezidenti Vladimir Putin görkəmli gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzeni "Xalqlar dostluğu" ordeni ilə mükafatlandırır. Aktyor həmin ordendən imtina edir. Ordendən imtina etdiyi üçün V.Putinin köməkçisi nə az, nə çox düz 11 dəfə Vaxtanq Kikabidzeyə zəng edir və onu ordeni almaq üçün Moskvaya dəvət edir.

Vaxtanq Kikabidze nə qədər mədəni şəkildə "yox" - desə də, axırda məcbur olub V.Putinin köməkçisinə sərt cavab verir:

- Mənim Vətənimi bombalayan, tankları ilə tapdaq edən bir imperiyanın ordenini də, özünü də rədd edirəm!

Sonralar Vaxtanq Kikabidze, ümumiyyətlə, Rusiyaya getməkdən imtina etmiş, ömrünün sonunadək Rusiyaya səfər etməmişdir.

***

Kikabizde 20 il daha cavan olsaydı “əlinə silah alıb qardaş ölkəni qorumağa” gedəcəyini bildirmişdi. (Ukraynanı nəzərdu tutub)

***

Bir gün Vaxtanq Kikabidze təyyarə ilə Rusiyadan Tiflisə uçur. Hava şəraiti münasib olmadığı üçün Tiflis aeroportu qəbul etmir və təyyarə məcburən geriyə qayıtmalı olur. Vaxtanq stüardessadan xahiş edir ekipaja çatdırsın ki, geri qayıtmaqdansa Bakıya enmək daha yaxın olardı. Stüardessa bildirir ki, Bakı aeroportu da hava şəraitinə görə enməyə icazə vermir. Onda Vaxtanq təkid edir:  ekipaj Bakı dispetçerlərinə xəbər versin ki, Mimino Bakının üzərindən uçur. Ekipaj buna inanmasa da Vaxtanqın xahişini yerinə yetirir. Və Bakı aeroportundan dərhal cavab gəlir - enə bilərsiz. 10 dəqiqədən sonra təyyarənin bütün sərnişinləri Bakı aeroportunda kofe içirdi. Tarixdə ilk dəfə, bütün aviasiya qaydalarına zidd olaraq bir insanın xatirinə təyyarə bu cür enmişdi.

***

Gecə saat 2-də Vaxtanq Kikabidze Tiflisdə onunla eyni hoteldə qalan Frunzik Mkrtçyanın otağına zəng edir. Mkrtçyan yuxulu-yuxulu dəstəyi qaldırır.

- Frunzik, - Kikabidze deyir, - təcili düş mənim nömrəmə, vacib xəbər var.

- Nə xəbəri? - Frunzik xırıltılı səslə və təəccüblə soruşur. - Gecənin bu vaxtı nə barədə?

- Şəhərdə yeni metro xətti üçün yeraltı qazıntı zamanı erməni soyadlı şəxsə məxsus tarixi bir sənəd tapılıb...

"Xəbər"in ardına qulaq asmadan telefonun dəstəyini atıb güllə kimi Vaxtanqın otağına uçan Frunzik içəri girən kimi həyəcanla:

- Hanı o sənəd? Nə sənədidir? Sənəd necə adlanır? Ona biz də baxa bilərikmi? - deyə sualları dolu kimi yağdırır.

- Əzizim, - deyə, Vaxtanq Kikabidze təbəssümlə, sakitcə cavab verir, - sən telefonun dəstəyini bir az tez atdın, imkan vermədin deyəm ki, sahibinin soyadı erməni soyadı olan həmin tarixi sənədin üzərində "Komsomol bileti" sözləri yazılıb...

***

Vaxtanq Kikabidze azərbaycanlılar və Bakı haqqında müsahibələrinin birində belə demişdi:

"Azərbaycanlılar çox qonaqpərvərdirlər. Mən həmişə demişəm, Tibilisidə yaşamasaydım, Bakıda yaşayardım. Çünki mən hər zaman Bakıda evimdəki kimi hiss edirəm özümü".

***

Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olan Vaxtanq Kikabidze Azərbaycanda da dəfələrlə konsert proqramlarında, yaradıcılıq gecələrində çıxış edib. 2010-cu ildə Heydər Əliyev Sarayında müğənninin böyük konserti keçirilib. Sənətkar 2014-cü ildə iki dəfə Bakıda Heydər Əliyev Mərkəzində çıxış edib. Onun Heydər Əliyev Mərkəzində Gürcüstanın kino və teatr ulduzları ilə birlikdə oynadığı “Vera məhəlləsinin musiqiləri” müzikli, eləcə də solo konserti böyük rəğbətlə qarşılanıb.

***

Vaxtanq Kikabidze Azərbaycan tamaşaçıları qarşısında sonuncu dəfə 2022-ci il avqustunda “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində çıxış etmişdi.

Oğuz Ayvaz 

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
Hamısı