Azərbaycan yazıçılarının oxucularının sayı nə qədərdir? SORĞU

Mədəniyyət 11:42 23.01.2023

Yazıçı kitab çap edir və daha sonra o kitab oxucularla görüşür. Bəs nə qədər oxucu var? Yazıçılarımızın real və potensial oxucuları nə qədərdir?

Ednews bu barədə yazarlar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Xalq yazıçısı Anar:

“Maraqlanmamışam, bilmirəm. Məlumatım yoxdur bu haqda. Araşdırmamışam”.

Yazıçı Səfər Alışarlı:

“Bütün oxuculara hörmətlə yanaşıram: hər kəsin öz zövqü, dünyagörüşü və hər kəsin öz yazıçısı var. Biz, yazıçılar, özümüz də oxucuyuq. Məni kütləvi oxucu maraqlandırmır, çünki mən onun üçün yazmıram. İstəsəm, bəlkə də yazaram, amma onda mənə qoyulmuş mənəvi kapital batar və yer üzündə yazıçılığa namizəd daha bir şəxs bankrot olar. Oxucu, tiraj, populyarlıq və maddi mənfəət naminə yazmaq adi kommersiya fəaliyyətidir. Mənim aldığım ədəbi tərbiyə, oxuduğum ədəbi məktəb buna yol vermir. Ona görə də real və potensial oxucunun say məsələsi mənim üçün aktual deyil”.

Şair Aqşin Yenisey:

“Oxucu ədəbiyyatda heç vaxt meyar olmayıb, heç indi də deyil. Əsəri həmişə peşəkarların verdiyi dəyər yaşadıb, indi də elədir. Kütlə başqa, oxucu başqa. Kütlələrin oxuduğu yazıçının, şairin yox, naşirin və dövlətin zövqüdür. Qərbdə bu zövqü naşirlər, məsələn, Şimali Koreyada Kim Çen İn müəyyənləşdirir. Bəzən pul qazanmaq istəyən naşirin, yaxud ölkəsini "ağ günə" çıxarmaq istəyən Kim Çen İnlərin də siyahısında istedadlı yazarlar olur. Stalin Şoloxovdan çəkinəcək qədər onu özünə yaxın buraxmışdı. Oxucu üçün yazanlar, adətən, ələyin altındakılardır, amma ədəbiyyat dedikdə hamı bu ələyin içində qalana baxır. Oxucu sayı ilə öyünənlər, əslində, əsərin universal bir nəfər üçün yazıldığını bilmir, onlara görə ədəbiyyat təsadüfi və müvəqqəti çoxluqdur”.

Yazar Sevinc Elsevər:

“Təxmin etmək çətindir. Çünki kitab çıxarıb özüm satışı ilə məşğul olmamışam. Məncə, bu, bir az da əsərə, əsərin, ya mətnin reklamına, zamanı düzgün yaxalamağa baxır. Saytlarda gedən yazılarımın oxucu sayı çox vaxt mini aşıb. Şeir oxucusu nisbətən azdı. Amma bu da şeirə baxır. Şeir olub ki, düşündüyümdən də çox oxunub. Bunu kitab bazarı düzgün formalaşan, normal kitab satışı olan ölkələrdə asanlıqla bilmək olar. Bizdə çətin. Onu bilirəm ki, nəsr kitablarımdan ən çox oxunanı "Şəhər " romanı idi. "Uçuş məsafəsi" kitabım çox danışılmışdı. “Atamın xatirəsi” adlı bir şeir var idi, onu oxumayan qalmamışdı. "Çarpayı cırıltısı" adlı hekayəmin oxucuları tez-tez qarşıma çıxır. Bir də görürsən, bilirlər kiməm, deyirlər ki, sizin "Çarpayı cırıltısı" adlı hekayənizi oxumuşam, bəyənmişəm və sairə. Amma yenə təxmin edə bilmirəm ki, oxucum nə qədər olar?”

Oğuz Ayvaz 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı