Səudiyyə Ərəbistanının Nazirlər Şurası tarixən ərəb mədəniyyətində şeirin böyük əhəmiyyətini qeyd etmək üçün 2023-cü ilin Ərəb Şeiri İli adlandırılmasına qərar verib.
Ednews xəbər verir ki, bununla əlaqədar ölkədə bir sıra tədbirlər və konfranslar keçirilməsi nəzərdə tutulur.
Səudiyyə Ərəbistanının Mədəniyyət naziri şəhzadə Bədr bin Abdullah bin Fərhan bu qərarı yüksək qiymətləndirib. O bildirib ki,bu qərar ərəb ədəbiyyatını inkişaf etdirmək, poetik yaradıcılığı zənginləşdirmək və ərəb mədəniyyətini işıqlandırmaq məqsədi daşıyır.
Həmçinin Məkkə və Müqəddəs Yerlər üzrə Kral Komissiyasının baş direktoru Saleh Rəşid bildirib ki, Nazirlər Şurasının 2023-cü ili “Ərəb poeziyası ili” elan etməsi ədəbiyyat, tarix və mədəniyyətin cəmiyyətin inkişafında rolunu artırmaq üçün önəmli bir addımdır.
Loğman Yunis