Bakıda Braziliya Film Festivalı keçiriləcək

Mədəniyyət 14:35 26.10.2023

Bakıda Braziliya Film Festivalı keçiriləcək.

Ednews-un xəbərinə görə, tədbir oktyabrın 30-dan noyabrın 3-dək “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında təşkil olunacaq.

Festival Linhas Produções Culturais, Braziliyanın Azərbaycandakı səfirliyi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıq əsasında baş tutacaq. Bu il ən müxtəlif janrlardan 5 müasir film seçilib. Seanslar hər gün saat 19:00-da başlayacaq.

Oktyabrın 30-u, bazar ertəsi, açılış sessiyasında “Eduardo və Monika” romantik filmi nümayiş olunacaq. Film 80-ci illərdən başlayaraq bir çox nəsillərin xatirəsində silinməz izlər qoyan Braziliya rok qrupunun eyniadlı mahnısına əsaslanır. Rejissoru Rene Sampaio olan “Eduardo və Monika” bir-birindən fərqli, lakin bir-biri üçün doğulan cütlüyün romantikasını göstərir. Onlar mədəniyyət, yaş və hətta zövq müxtəlifliklərinə baxmayaraq, dəlicəsinə aşiq olurlar. Artıq beynəlxalq festivalların qalibi olan filmdə Hollivudda Matt Damon və Jodie Foster ilə “Elysium”, Will Smith və Gabriel Leone ilə “Mən əfsanəyəm” (Eu Sou a Lenda) adlı filmlərdəki işi ilə də məşhur olan Braziliya kinematoqrafiyasının gənc kəşfi, aktrisa Alice Braga çəkilib.

Çərşənbə axşamı, oktyabrın 31-i Jose Eduardo Belmontenin fantastik dramı olan “Həqiqətlər” filmi nümayiş olunacaq. Polis məmuru Braziliyanın arxa ərazilərindəki kiçik bir şəhərdə baş vermiş cinayəti açmağa çalışır. Hekayə üç nöqteyi-nəzərdən danışılır: muzdlu qatil, gəlin və iş adamı. Polis məmuru ilə nişanlısı arasındakı münasibət də daxil olmaqla, hər şey hərəkətlidir, şübhə və müəmmalarla doludur.

Çərşənbə günü, noyabrın 1-i Roberto de Oliveiranın “Elis və Tom – Sadəcə səninlə olmalı idi” sənədli filmi ekranda olacaq. Maestro və bəstəkar Tom Jobim dünya musiqisinin ən böyük dahilərindən biri olub, “Garota de İpanema”da (İpanemalı qız) Vinisius de Moraes ilə əməkdaşlığı ilə məşhurlaşıb. Elis Regina isə Braziliya musiqisinin ən böyük ifaçılarından biri idi. Sənədli film ikilinin 1974-cü ildə Los-Ancelesdə hazırladıqları və bu ilə qədər buraxılmayan albom çəkilişlərinin pərdəarxasından bəhs edir.

Cümə axşamı, noyabrın 2-də 20-ci əsrdə Braziliyanın ən çox sevilən sənətçilərindən biri olan Pixinguinha kimi tanınan Alfredo da Rocha Vianna Filhonun həyat və yaradıcılığı haqqında Denise Saraceni və Allan Fiterman tərəfindən çəkilmiş “Pixinguinha – Nəvazişli adam” filmi göstəriləcək. Ekran əsəri onun 14 yaşında karyerasının başlanğıcından başlayaraq, qrupu ilə Parisdə keçirdiyi vaxta və həyat yoldaşı ilə münasibətlərinə qədər həyatının mühüm anlarını təsvir edir.

Cümə günü, noyabrın 3-ü, bağlanış sessiyasında bir neçə beynəlxalq mükafat qazanan Renato Barbierinin real hadisələrdən ilhamlanan “Pureza” (“Saflıq”) dramı nümayiş olunacaq. “Pureza” Amazonda şaxtada işləmək üçün gedən və bir daha xəbər alınmayan oğlunu ümidsizcə axtaran bir ananın hekayəsindən bəhs edir. Pureza şəhərləri gəzir, fermalara girir və kənd işçilərinin işə götürülməsi və azadlıqlarını məhdudlaşdıran qəddar bir sistemi kəşf edir. Film mübarizəsi Braziliya tarixində bütün ölkə ərazisində ilk dəfə qul əməyinə qarşı mübarizə aparan Xüsusi Mobil Təftiş Qrupunun yaradılmasına ilham verən Pureza Lopes Loyolanın real hekayəsindən ilhamlanıb.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro üçün festivalın ardıcıl ikinci il keçirilməsi Braziliya kinosunun uğurlarının və Azərbaycan xalqının onların mədəniyyətinə marağının danılmaz sübutudur.

“Biz inanırıq ki, kino müxtəlif insanların bir ölkənin mədəniyyətini daha dərindən tanıması üçün ən yaxşı yollardan biridir. Keçən il festivalın birinci buraxılışında insanlar kinoteatrları dolduranda Azərbaycan xalqının böyük marağının şahidi olmuşuq. Biz fərqli janrlardan filmlər vasitəsilə hər kəsə öz mahiyyətimizdən bir az təqdim etmək istəyirik”, - diplomat vurğulayıb.

Linhas Produções Culturaisin direktoru Fernanda Bulhõesin sözlərinə görə, festivalın əsas qayğılarından biri təkcə yeni filmləri bir araya gətirmək deyil, həm də istehsalın keyfiyyətini və müxtəlifliyini nümayiş etdirən emosiyaların və janrların qarışığını Azərbaycan xalqına təqdim etməkdir:

“Bu il, xüsusən, ictimaiyyət “Pureza” (“Saflıq”) kimi real həyata əsaslanan güclü, təsirli hekayələrlə qarşılaşacaq, eyni zamanda Tom Jobim, Elis Regina və Pixinguinha kimi musiqimizin böyük simaları ilə tanış olacaq. Xüsusilə Braziliya kinosunu və mədəniyyətini sevənləri böyük sürprizlər və fərqli emosiyalar gözləyir”.

Niyə məhz Aktau? Qəza barədə mühüm detallar açıqlandı

Xəbər xətti

Təhsilini bitirə bilməyən 1 232 nəfər üçün imtahan keçiriləcək
13:05 14.01.2025
"Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır"
12:48 14.01.2025
"İsrail və HƏMAS arasında girovlarla bağlı razılaşma elan edilə bilər"
12:01 14.01.2025
Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınadı
11:52 14.01.2025
”Müharibənin trayektoriyası dəyişməlidir”
11:51 14.01.2025
AQTA çay və qənd məhsulları üzrə aparılan monitorinqlərin nəticəsini açıqladı
11:17 14.01.2025
Səhiyyə Nazirliyi Plastik Cərrahlardan Bu Sənədləri Tələb Edəcək
11:13 14.01.2025
Taksi Xidmətinə Dair Yeni Dəyişikliklər Gözlənilir?
11:11 14.01.2025
"Münaqişə zonalarında yaşayan uşaqların sayı artır"
11:03 14.01.2025
İsrail Yəhya Simvarın cəsədini vermək istəmir
10:39 14.01.2025
Cənubi Koreyada Prezidentinin impiçmenti ilə əlaqədar ilk məhkəmə dinləməsi keçirilib
10:26 14.01.2025
“COP29-da əldə olunan nəticələrə gələcək üçün miras kimi yanaşılır” Deputat Nigar Məmmədova Yazır...
10:02 14.01.2025
Rusiyada iki sənaye müəssisəsi PUA hücumundan zərər görüb
09:49 14.01.2025
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
09:05 14.01.2025
Dini icma üzvünə qarşı terror aktı planlaşdırmış şəxslər həbs olunub
09:04 14.01.2025
Ermənistan və ABŞ strateji tərəfdaşlıq sənədi imzalayacaqlar
09:01 14.01.2025
Sumqayıtda 16 yaşlı qızı avtomobil vurub
08:29 14.01.2025
AZAL-ın üç təyyarəsi Gəncədə təcili eniş edib
07:33 14.01.2025
Çin minik avtomobillərinin ABŞ-yə idxalı rekord həddə çatıb
06:15 14.01.2025
Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər
05:31 14.01.2025
Kvaratsxeliya "PSJ"-yə 75 milyona gedəcək
02:15 14.01.2025
"Respublikaçı konqresmenlər Qrenlandiyanı almaq üçün qanun layihəsi hazırlayıb"
01:19 14.01.2025
Bayden Qətər əmirilə Qəzzada sülhü müzakirə edib
00:01 14.01.2025
İtaliya kiberhücumlara məruz qaldı
22:54 13.01.2025
Antarktikada 1,2 milyon yaşındakı buz nüvəsi tapılıb
21:51 13.01.2025
Şəmsəddin Xanbabayev vəfat etdi
21:36 13.01.2025
Ağdam,Füzuli və Xocavəndə daha 30 Milyon ayrıldı
20:05 13.01.2025
Ölən əsgərin gündəliyi sensasiya yaratdı
19:03 13.01.2025
"Gürcüstanda inqilaba icazə verilməyəcək"
18:55 13.01.2025
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü baş tutub
18:21 13.01.2025
AK sədri gələn həftədən vəzifələrini icra edəcək
18:17 13.01.2025
Paris-2024 mükafatçısı olan 100-dən çox idmançı medalları geri qaytarıb
18:12 13.01.2025
Brüsseldəki etiraz aksiyasında dörd polis yaralanıb
18:04 13.01.2025
Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib
17:48 13.01.2025
Qusarda itkin düşən tibb bacısının meyiti tapılıb
17:36 13.01.2025
Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb
17:23 13.01.2025
Fransada nazir dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur
17:06 13.01.2025
Samir Şərifov daha bir vəzifəsini itirəcək
16:54 13.01.2025
Kaliforniyadakı yanğınların sahəsi Parisdən böyükdür
16:31 13.01.2025
Yaponiyada güclü zəlzələ - Sunami xəbərdarlığı
16:19 13.01.2025
Hamısı