Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var.
XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000- 3 000 avro arasında dəyişir.
“Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) "XIX əsrin zərif antik Şərq xalçaları və icma sənəti 4" auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək.
Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça, antik şərq əşyaları çıxarılacaq. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolu, Şərqi Türküstanın xalçaları da var.