Dünya ədəbiyyatında şah əsərlər var ki, biz onları dönə-dönə oxuyuruq. Tarixdə iz qoymuş bu əsərlər haqda maraqlı faktlar mövcuddur. Kulis.az sizlərə həmin əsərlərdən diqqət çəkən faktları təqdim edir.
1. Conatan Svift - "Qulliverin səyahəti”
Yazıçı, "Qulliverin səyahəti” romanında Mars planetinin iki peykindən, həmçinin, onların Mars ətrafında dövretmə sürətindən bəhs edib. Dəqiq hesablamalar aparıb. XX əsrdə astronomlar müasir texniki avadanlıqların sayəsində həmin hesablamaların doğruluğunu təsdiqlədilər. Lakin C. Sviftin ozamankı məhdud imkanlar hesabına bunu necə etdiyi hələ də sual altındadır.
2. Viktor Hüqo – "Səfillər”
Romantizm cərəyanının ən önəmli nümayəndələrindən olan Viktor Hüqonun ən məşhur əsərlərindən biri "Səfillər”dir. Əsəri oxuyanlar içərisindəki uzun cümləni bilirlər. Bilmədiyimiz isə bu cümlənin içərisində tam olaraq 823 söz vardır. Eyni zamanda bu cümlələr 3 səhifə tutur.
Fransa Ədəbiyyatının ən uzun cümləsi olaraq qəbul edilir: