Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən “Hövsan Mədəniyyət sarayı”n acınacaqlı vəziyyət ilə bağlı saytımızda yazı yayımlanmışdı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən Ednews-a bu barədə cavab rəyi bildirilib.
Qurumdan verilən məlumata görə, əsaslı təmir və yenidənqurmaya ehtiyacı olan Bakıda və rayonlarda yerləşən mədəniyyət müəssisələrinin uyğun investisiya proqramlarına daxil edilmə imkanları müzakirə olunur, bununla bağlı monitorinqlər və dəyərləndirmələr aparılır.
Qeyd edək ki, Cəbrayıl Xanməmmədov küçəsi 67 ünvanında yerləşən bina 1967-ci ildə tikilib və illərdi təmirsiz qalıb.
Oğuz