"Qarabağın rəngləri” layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəni irsini, digər tərəfdən isə cəmiyyətdə ianə, xeyriyyəçilik mədəniyyətinin təşviq edilməsidir. Bu layihə çərçivəsində gənc rəssamlar tərəfindən 23 incəsənət əsəri yaradılıb”.
Ednews xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
"Zənnimcə, layihə cəmiyyətimizdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün gözəl bir imkandır. 23 incəsənət əsərinin hər biri layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb və bu əsərləri əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.
"Artıq 23 əsərdən 22-i satılıb və fondumuza 85 minə yaxın vəsait ianə edilib. Bu vəsait Ağdamda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən Mədəniyyət Nazirliyinin sifarişi və Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə İmarət kompleksinin bərpasına yönləndiriləcək".
Əkbər Novruz