"Apple" şirkəti "Apple TV+" üçün film və serial çəkilişlərinin sayını məhdudlaşdıracaq.
Ednews xəbər verir ki, son işlər gözlənilən effekti vermədiyi üçün şirkət bu addımı atmağa məcbur qalıb.
"Apple" Martin Skorsezenin, Ridli Skottun və Mettyu Vonun filmlərinə 500 milyon dollar, İkinci Dünya Müharibəsindən bəhs edən "Havanın hökmdarları" mini-serialına isə 250 milyon dollar xərcləyib.