İsrail Silahlı Qüvvələrinin 18 Oktyabr 2024-cü ildə Qəzzanın şimalındakı Cibaliya qaçqın düşərgəsinə hücumu nəticəsində 32 yaşlı Fələstinli rəssam Mahasen Əl-Xatib həlak olub.
Döyüş əməliyyatları başladığı vaxtdan həm yaşananları həm də əsərlərini sosial mediya paylaşımları vasitəsiylə izləyicilərinə çatdıran rəssam xeyli məşhurlaşmışdı. Avqust ayında verdiyi müsahibədə “Xəbərlərdə say olmaq istəmirəm” demişdi. Əsərlərində yaşadıqlarını, müharibə faciələrini təsvir edən Əl-Xatib istedadını İsrailin müharibə cinayətlərini və fələstinlilərlə münasibətdə pozduğu hüquqları təsvir etməyə sərf edirdi.