Son günlərdə dünya gündəmini zəbt edən və gündəmdən düşməyən Bred Pitt və Ancelina Coli cütlüyünün boşanması, hakerlər üçün də mövzu olub. Hakerlər "Bred Pitt həyatını itirdi" başlığı altında Facebookda bölüşdükləri saxta məqalə ilə sosial media istifadəçilərini hədəfə aldı.
Fox News kimi görsənən xəbərin əslində həqiqətlə heç bir əlaqəsi yoxdur. Ancaq istifadəçilər bu linkə tıklayanda sosial hesabları, informasiyalar tamam fərqli bir istiqamətə yönləndirilir.
LİNKƏ TIKLAYAN FACEBOOK ŞİFRƏSİNİ YENİLƏMƏLİDİR
Kiber təhlükəsizlik mütəxəssisləri bu linkləri tıklayan istifadəçiləri Facebook hesablarının hakerlərin əlinə keçəcəyi ilə bağlı xəbərdarlıq ediblər. Həmin şəxslərin sosial hesablarında şifrələri dəyişməyi tövsiyyə ediblər.