11 oktyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə millət vəkili, “Böyük İpək yolu” Gənclər Birliyinin sədri Fuad Muradov arasında görüş keçirilib.
Gənclər Təşkilatının sədri, millət vəkili Fuad Muradov təşkilatın yaranmasından, fəaliyyətindən, Böyük İpək Yolu ölkələrində keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Söhbət zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi “Böyük İpək Yolu” Gənclər Təşkilatının fəaliyyətini yaxından izlədiyini vurğulayıb. Bundan başqa Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycanda fəaliyyəti zamanı həyata keçirdiyi işlər barədə məlumat verib. Görüş zamanı tərəflər arasında müştərək tədbirlərin təşkil olunması, Misir gənclər təşkilatları ilə əməkdaşlıq haqqında təkliflər müzakirə olunub.