13 oktyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Nizami rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində görüşdə olub. Nizami rayon Uşaq – Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə xanım Qəti rəhbərlik etdiyi qurumun fəaliyyəti, Mərkəzin tələbələrinin dünya miqyaslı sərgilərdə iştirakı, qalibiyyəti barədə geniş məlumat verib.
Öz növbəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələrdən, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyindən danışıb. O, Misirdə keçirilən “Misir dünya uşaqlarının gözü ilə” rəsm müsabiqəsində Nizami rayon Uşaq-Gənclər Mərkəzinin istedadlı uşaqlarının yüksək nəticə əldə etdiklərini qiymətləndirib.
Daha sonra Nizami rayon Uşaq-Gənclər Mərkəzinin direktoru Lalə Qəti qonağı mərkəzdə fəaliyyət göstərən dərnəklərlə və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə tanış edib.