Pakistanda ölkə daxilindəki radio və televiziyalarda Hindistan istehsalı olan proqramların qadağan olunmasına dair qərar qəbul edilib.
"Eurasia Diary" xəbər verir ki, Pakistan Elektron Media Tənzimləmə Kabineti (PEMRA) tərəfindən verilən açıqlamaya görə Hind serial, film və proqramlarına qarşı qəbul olunan qərar sabahdan etibarən tətbiq olunacaq. Hindistan istehsalı proqramlara yer verən kanallar bağlanma təhlükəsi ilə üz-üzə qalacaq.
Qeyd edək ki, Hindistan ilə Pakistan arasında Kəşmir problemi ilə bağlı gərginlik bundan əvvəl də kino sektoruna yansıyıb. Pakistanın ən böyük şəhərlərindən Lahor, Karaçi və paytaxt İslamabaddaki kinoteatrlarda Hind filmlərinin göstərilməməsinə qərar verilib.