Misirin Ayn Şəms Universitetində “Azərbaycan haqqında nə bilirsiniz?” adlı müsabiqə keçirilib. Azərbaycan Respublikasının Qahirədəki səfirliyi Ayn Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Azərbaycan dili şöbəsinin “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsində qalib gəlmiş tələbələrinin mükafatlandırılması münasibətilə təntənəli bədii mərasim təşkil edib.
"Eurasia Diary"yə verilən məlumata görə, mərasimdə Azərbaycan Respublikasının Qahirədəki səfiri Tural Rzayev, Səfirliyin konsulu Emil Rəhimov, Universitetin müəllimləri, Misir ictimaiyyətinin nümayəndələri iştirak edib.
Bu münasibətlə bağlı çıxışlar bitdikdən sonra müsabiqənin kordinatoru Məryəm Rəhim müsabiqənin qaliblərinin adlarını elan edib. Bunlar birinci yeri tutmuş tələbə Məhəmməd Əhməd, sonrakı yerləri tutan Nurhan Məhəmməd Haşim və Əla Məhəmməd Tariqdir. Müsabiqədə fəal iştirak etmiş başqa tələbələr də mükafatlar alıblar.