Bakıda Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı keçirilib.
Paradı Azərbaycan Avtomobil Federasiyası təşkil edib.
Heydər Əliyev Mərkəzinin qarşısından start götürən avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdirib.
Dövlət Bayrağı Meydanında həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olub.