Qahirədə nəşr olunan "Əxbar əl ədəb" (Ədəbiyyat xəbərləri) qəzeti Azərbaycnaın yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Qütb gecəsi" və “Vətən” hekayələrini dərc edib.
Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzindən "Eurasia Diary"yə verilən məlumata görə, hekayələri ərəb dilinə Misirin azərbaycanşünas alim MMM-nin direktoru Əhməd Sami Elaydi tərcümə edib. Qəzetdə həmçinin tərcüməçinin “Vaqif Sultanlının yaradıcılığında mühacirət və özgələşmə” adlı təqdimat məqaləsi də dərc olunub.
1993-cü ildən həftəlik nəşr edilən, Misirin ən populyar ədəbi orqanlarından biri olan "Əxbar əl ədəb" qəzeti digər ərəb ölkələrində də yayılır.
Xatırladaq ki, bu, Vaqif Sultanlının ərəb mətbuatında dərc olunan ilk yazısı deyildir. Bundan öncə, onun hekayələri Bağdadda çıxan "Qardaşlıq" dərgisində dərc olunub. Qahirədəki Milli Tərcümə Mərkəzi isə 2014-cü ildə yazıçının “İnsan dənizi” romanını nəşr etmişdir. Bundan əlavə, Misirin müxtəlif mətbuat orqanlarında onun yaradıcılığına həsr olunmuş məqalələr dərc olunub.