23 dekabr Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində tələbə və müəllim heyətinin Misir Ərəb Respublikasından Azərbaycanda səfərdə olan "Ədəbiyyat xəbərləri" qəzetinin baş redaktoru Tarıq ət-Tahiri və azərbaycanşünas alim Əhməd Sami Elaydi ilə görüşü keçirilib.
"Eurasia Diary" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ərəbşünas alim, fakültənin dekanı, akademik Vasim Məmmədəliyev ərəb dilində çıxış edərək qonağı salamlaıb.
Daha sonra cənab Tariq Tahir tələbələr qarşısında çıxış edərək Misirdə müasir ədəbi cərəyanlar" mövzusunda mühazirə oxuyub. Görüşün rəsmi hissəsinin gedişatında Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Mərkəzinin müdiri doktor Əhməd Sami ərəb dilinin öyrənilməsində mərkəzin rolunun əhəmiyyətini qeyd edib və tələbələrin suallarını cavablandırıb. Tədbir bədii hissə ilə davam edib, dinşünaslıq, tərcümə ərəb və fars dilləri ixtisasları üzrə təhsil alan müxtəlif kurs tələbələrinin hazırladıqları qədim əndəlüs mahnısı və ərəb dilində tamaşa ilə yekunlaşıb.