Amerikalı teleaparıcı Cimmi Fellon məşhur ulduzların iştirakı ilə yeni musiqili layihə təqdim edib.
Cimmi Fellon hər il Yeni il ərəfəsində məşhurlarla birgə musiqili layihə düşünür. Bu dəfə o, populyar "Wonderful Christmastime" mahnısını Skarlett Yohansson, Pol Makkartni, Metty Makkonahi və başqaları ilə birgə ifa edib.