“Azərbaycan-Misir: elm və mədəniyyət müstəvisində” mövzusunda elmi seminar keçirilib

Mədəniyyət 15:28 26.12.2016
Dekabrın 24-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Misir: elm və mədəniyyət müstəvisində” mövzusunda elmi seminar keçirilib. “Elm çırağı” İctimai Birliyinin sədri, professor Naida Məmmədxanova növbəti seminarın Azərbaycanın və Misirin elminə, mədəniyyətinə həsr olunduğunu söyləyib. Misir bəşəriyyətin ən qədim mədəniyyətindən bizə miras qalıb. Qədim dünya abidələrinin üçdə bir hissəsi bu ölkədə yerləşir. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizdə bir çox qədim mədəniyyətlər iz buraxıb. Azərbaycan ilə Misir arasında tarixən dostluq əlaqələri olub. Qədim alban və kopt xristian kilsələri arasındakı yazışmalar, ölkəmizin ərazisində tapılmış, orta əsrlərə aid Misir sikkələri, ticarət əlaqələri, erkən və orta əsrlərdə qurulmuş diplomatik əlaqələr, orta əsrlər Azərbaycan ədəbiyyatında Misirin adının çəkilməsi bunu təsdiqləyir. Qeyd edilib ki, keçmiş sovet dövründə də hər iki dövlət arasında mədəniyyət və elm sahələrində əlaqələr var idi. Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. 
 
Ölkələrimiz arasında ilk diplomatik əlaqələr 1992-ci ildə qurulub və bu münasibətlər hazırda müxtəlif sahələrdə uğurla davam etdirilir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi “Misir və Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında bildirilib ki, Misir ilə Azərbaycan arasında əlaqələrin tarixi çox qədim dövrlərə aiddir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və sonrakı dövrdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticari, təhsil və mədəniyyət sahəsində əlaqələr uğurla inkişaf edib. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyətə başlayıb. Qeyd edilib ki, ötən iyirmi ildə hər iki ölkə arasında mədəniyyət əlaqələri əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb. Belə ki, 2005-ci ildə Misirdə Azərbaycan Mədəniyyət Günləri, 2014-cü ildə isə Bakıda Misir Mədəniyyət Günləri keçirilib. Azərbaycan 2015-ci ildə Qahirə Beynəlxalq Kitab Sərgisində, Misir isə elə həmin ildə Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib. Əhməd Sami Elaydi rəhbərlik etdiyi mərkəzin fəaliyyətindən də danışıb. Vurğulanıb ki, bu, Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. 
 
Ölkələrimiz arasında təhsil əlaqələrindən söz açan qonaq ilk dəfə Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunduğunu diqqətə çatdırıb. Seminarda “Ərəb miniatür sənətinin Azərbaycan miniatür boyakarlığının formalaşmasına təsiri”, “Ərəb dilinin əhəmiyyəti” və “Ərəb dili xəttatlıq sənəti” mövzularında məruzələr dinlənilib. Tədbirdə BMA-nın tələbələri maraqlı konsert proqramı ilə çıxış ediblər. Həmçinin qədim Misir mədəniyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
 
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Hamısı