“Eurasia Diary”nin Vestnik Kavkaza-ya istinadən verdiyi məlumata görə, Rusiyanin Energetika naziri Aleksandr Novak bildirib ki, ABŞ və Rusiya enerji məsələləri barədə dialoqa qayıtmalıdır.
Aleksandr Novak deyib ki, Tramp administrasiyasının proqramında enerji məsələsinin birinci dərəcəli olması bizi şad edir. "Böyük ölkədə enerji sektoru inkişaf etdirilməlidir. Əgər ABŞ enerji məsələləri üzərində işləsə dünya enerji sektoru üçün müsbət nəticə olar”.
Exxon şirkətinin rəhbəri Robert Titersonun ABŞ-ın növbəti Dövlət katibi təyin edilməsi Aleksandr Novak tərəfindən xoş qarşılanıb. O, qeyd edib ki, Robert Titerson enerji sənayesi üzrə tanınmış mütəxəssisdir və əminəm ki, onun fəaliyyətləri enerji sənayesi üçün müsbət olacaq”.
Yunis Abdullayev