Rusiyada avro və dollar rubla nisbətdə ucuzlaşıb.
Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, avro rubla nisbətdə 57,85 kopek ucuzlaşaraq 69,62 rubla düşüb. Dolların kursu isə 18,52 kopek dəyər itirib. Nəticədə 58,55rubl təşkil edib.
Rublun güclənməsinə səbəb dünya bazarında neftin qiymətinin bahalaşması olub.