Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib

İqtisadiyyat 14:28 19.10.2017
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşəbbüsü ilə Bakıda birinci Rəqəmsal Ticarət Qovşağına dair beynəlxalq konfrans keçirilib. Mərkəzin mətbuat katibi Zənurə Talıbovanın Eurasia Diary portalına verdiyi məlumata görə, “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın açılış nitqini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki,   Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk olaraq elektron ticarət və elektron kommersiya sahəsində dövlət – özəl əməkdaşlığı üçün gözəl bir nümunədir.  “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Böyük İpək Yolu üzrə rəqəmsal məkanının, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli bir qurumdur. Çünki bundan əvvəl də İSESCO ilə Rəqəmsəl Ticarət Qovşağı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Beləliklə, bu gün həm Avropa İttifaqı həm də Rusiya ilə imzaların qarşılıqlı tanınması transsərhəd elektron iqtisadiyyatın inkişafı üçün imzalanmış anlaşma memorandumları Azərbaycanın Rəqəmsal Ticarət mövqeyini gücləndirəcəkdir”. 
 
Daha sonra qonaqları Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, İqtisadiyyat nazirinin müavini Sahil Babayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və  "PAŞA Bank"ın İdarə Heyətinin üzvü Aydın Atakişiyev salamlayıb. 
 
Beynəlxalq konfransda müzakirələr bir neçə panel üzərindən aparılıb. 
 
“Rəqəmsal Ticarət Qovşağının Azərbaycan Respublikasının ticarət əlaqələrinə və iqtisadi inkişafına töhfəsi” adlanan ilk paneldə "B.E.S.T. Solutions" şirkətinin təsisçisi Yana Krimpe, Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, Avropa e-İdentifikasiya və Təhlükəsizlik Assosasiyasının sədri Con Şamah, Estoniyada hökumətin baş informasiya səlahiyyətlisinin rəqəmsal xidmətlərin inkişafından məsul müavini, İqtisadi Münasibətlər və Kommunikasiya Nazirliyinin İnformasiya cəmiyyəti xidmətlərinin inkişafı şöbəsinin rəhbəri Janek Rozov, Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsinin fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramlari baş idarəsinin rəisi İqbal Babayev çixiş edib.   
“Sərhədlərarası ticarət üçün innovativ həllər” mövzusu ətrafında aparılan ikinci panelin müzakirələrinə İsvecrənin “OrientSwiss” şirkətinin Baş direktoru Sardor Muhamadaliyev, Rusiyanın “Qazinformservis” MMC –nin müşaviri Sergey Kiryuşkin, Polşanın “Asseco Data Systems” şirkətinin layihə rəhbəri Alla Stoliarova qatılıblar. 
  “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda təşkil edilən beynəlxalq konfransın 3-cü panelində Azexport Portalının rəhbəri Zaur Qardaşov, Vergilər Nazirliyinin Qeydiyyat Şöbəsinin rəhbəri Müslüm Şəfiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-nun prezidenti Rüfət Məmmədov , Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndəsi Elnar Əsədov, Paşa bankın Baş Strateji Nəzarətçisi Aqşin Mirzəzadə “Rəqəmsal Ticarət Qovşağı Dövlət və Özəl sektor arasındakı əlaqələri genişləndirir” mövzusu ətrafında danışıblar. 
 Konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar keçirilib. 
   Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı zamanı  İqtisadi  İslahatların Təhlili və Kommunikasiya Mərkəzi  ilə bir neçə ölkənin mötəbər qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.  Anlaşma sənədləri Rusiyanın “QazinformService” şirkəti, Polşanın “Asseco data Sistems” şirkəti və İsveçrənin “OrientSwiss” şirkəti arasında imzalanıb. Bu müqavilələrin imzalanması  ölkələr arası bizmes əlaqələrinin yaxşılaşdırılmasına, Azərbaycanın iqtisadi inkişafının, e-Ticarət və e-Kommersiyanın inkişafının asanlaşdırılmasına öz töhfəsini verəcək. 
Qeyd edək ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransının keçirilməsində əsas məqsəd Rəqəmsal Ticarət Mərkəzinin infrastrukturuna xüsusi diqqət yetirərək, transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivlərini müzakirə etməkdir.
Xatırladaq ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixində imzaladığı “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb. Azərbaycan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.
 
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Hamısı